ABŞ Avropadakı 15 hərbi bazasını bağlayır

ABŞ Avropadakı 15 hərbi bazasını bağlayır
  09 Yanvar 2015    Oxunub:1318
Pentaqonun Avropadakı qüvvələrinə dəyişiklik etmək cəhdi baş tutarsa, ABŞ ildə 500 milyon dollar vəsaitə qənaət edəcək.
Bu barədə AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir.

Məlumata görə, restrukturizasiya 15-dək hərbi bazaya şamil ediləcək. İlk növbədə, Böyük Britaniya və Portuqaliyadakı hərbi və mülki heyətlərin ölkəyə geri qaytarılacağı bildirilir. Sözügedən prosesin bir neçə il ərzində mərhələli şəkildə həyata keçiriləcəyi ehtimal olunur.

Məlumata görə, Böyük Britaniyadakı hərbi bazalarda şəxsi heyətinin sayı 2 min nəfərədək azaldılacaq. Bu, ilk növbədə, ABŞ-ın quru qoşunlarına və hərbi-hava qüvvələrinə aiddir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti