Azərbaycanlılar Poroşenkoya müraciət etdi
Məktubda dekabrın sonu və yanvarın əvvəlində Odessa vilayətində ardıcıl olaraq azərbaycanlı iş adamları Ram Atakişiyev və Şaiq Həsənova edilən hücumlar, onların ölümcül döyülməsi, o cümlədən, ölkənin bir neçə regionunda azərbaycanlıların obyektlərinə silahlı hücumların olması xatırladılaraq bildirilir ki, bu, Ukraynada yaşayan 350 mindən çox azərbaycanlını çox narahat edir: "Nəzərə alsaq ki, bu hücum faktları arasında iştirakçılar arasında milis əməkdaşları da var, bu Ukraynada yaşayan azərbaycanlıları hökumət nümayəndələrinə qarşı etimadını sarsıdır. Odessada azərbaycanlı iş adamı Şahin Həsənovun ailəsinin gözü qabağındaca milis patrul xidməti tərəfindən amansızcasına döyülməsi bu məqamı daha da qabartdı. Biz sizdən təxirəsalınmadan baş verən bu halların qarşısının alınmasına birbaşa kömək göstərmənizi, Ukraynada yaşayan azərbaycanlıların etimad hissinin bərpa etməyi istəyirik və bunu edəcəyinizə əminik. Əks halda Ukraynada yaşayan azərbaycanlılar özlərini son dərəcə təhlükədə hiss edəcəklər".
Teqlər: