Uşağı olan analara pul veriləcək - Yenilik
“Bu proqram 3 hissə, 38 maddədən ibarətdir. Əvvəla Türkiyənin riskli bölgələrinin xəritəsi çıxarılacaq və oradakı 500 ailəyə yardım göndəriləcək. yeni qurulacaq sistem vasitəsilə köməyə ehtiyacı olan ailələr bizə müraciət etmədən biz özümüz onlara kömək edəcəyik.
Proqramın icrası üçün 2 min işçi çalışır və onların sayına 5 min nəfər də əlavə ediləcək. Mobil rabitə cihazları vasitəsilə işçilərimiz mütəmadi olaraq həmin ailələrlə əlaqə saxlaya biləcək”.
Davudoğlu qeyd edib ki, analıq məzuniyyətində də bəzi dəyişikliklər olacaq və analar öz istəyi ilə gündəlik 8 saatlıq iş vaxtının 4 saatını uşaqları ilə birgə keçirə biləcəklər. Bu 4 saatın yarısının pulunu işə götürən, yarısını isə dövlət ödəyəcək.
Əhməd Davudoğlu əlavə edib ki, 0-12 yaş arası uşaqları övladlığa götürən ailələrə də analıq məzuniyyətindəki yeniliklər tətbiq ediləcək:
“Bundan başqa ana doğuş zamanı uşağını itirərsə, işdən icazə haqqını ata istifadə edəcək. Həmçinin ataların övladının dünyaya gəlməsinə görə iznlərinə dəyişiklik ediləcək. Həyat yoldaşı ana olan kişilər işdən 5 gün icazə ala biləcək. Uşağı 70% əlil olan və ya mütəmadi olaraq xəstə olan valideynlərdən birinə il ərzində 10 gün işdən icazə veriləcək”.
Baş nazir daha bir yeniliyin ana olan xanımlar üçün dövlətin maddi yardımı olduğunu deyib. Belə ki, ananın bank hesabına ilk doğuşda 300 türk lirəsi, ikincidə 400, üçüncüdə isə 600 türk lirəsi pul köçürüləcək”.
Baş nazir qadın və uşaqların zorakılığa məruz qalmasının qarşısını almaq üçün ayrıca kampaniya hazırlayacaqlarını deyib.
Fatimə Kərimli
Teqlər: