Hərbçilərin avtobusu qəzaya uğradı: 12 ölü

Hərbçilərin avtobusu qəzaya uğradı: 12 ölü
  06 Yanvar 2015    Oxunub:1818
Ukraynanın cənub-şərqində “KrAZ” markalı hərbi avtomobillə “Boqdan” markalı avtobus toqquşub.

Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Yol qəzası Donetsk Vilayətinin Artmoyovsk şəhəri yaxınlığında baş verib. Ukrayna Milli Qvardiyasının məlumatına görə, qəza nəticəsində 12 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti