İlin ilk uşağı Türkiyədə oldu

İlin ilk uşağı Türkiyədə oldu
  02 Yanvar 2015    Oxunub:1554
2015-ci ilin ilk körpəsi Türkiyədə göz açıb.
AzVision.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Çorumda saat 00.03-də dünyaya gəlib. 3 kilo 840 qram çəkidə doğulan körpənin sağlam olduğu bildirilir.

Dərya və İlyas Əmrə cütlüyü övladlarına Ali Yunus adı verib. Körpə ailənin ikinci uşağıdır.

Xəstəxanada normal doğuşla dünyaya gələn Ali Yunusu Çorum valisi Əhməd Qara və xanımı Məsudə Qara, polis rəisi Saleh Erkan Tarancı, eləcə də rayon səhiyyə şöbəsinin müdiri İsmayıl Uca ziyarət edib.

Vali Qaranın həyat yoldaşı Ali Yunusa qızıl taxıb.


Teqlər:  





Xəbər lenti