CNN Rusiyada yayımını dayandırır

CNN Rusiyada yayımını dayandırır
  31 Dekabr 2014    Oxunub:1989
ABŞ-ın CNN kanalı sabahdan etibarən Rusiyada yayımını dayandırır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla belə CNN-nin Moskva bürosunun informasiya xidmətinin işini davam etdirəcəyi bildirilir.

Xatırladaq ki, CNN telekanalının sahibi olan Turner Broadcasting System International (TBS) şirkətinin nümayəndələri hələ noyabrda kanalın Rusiyada yayımı dayandıracağını bəyan etmişdi.

Qeyd edək ki, 212 ölkədə yayımlanan CNN tamaşaçı auditoriyasına görə, Avropa, Yaxın Şərq, Afrika və Cənubi Amerikada lider kanaldır.


Teqlər:





Xəbər lenti