İtən təyyarə tapıldı
İndoneziya rəsmiləri çıxarılan 4 cəsədin vertolyotla Surabaya şəhərinə göndərildiyini açıqlayıb. Təyyarədə olan sərnişinlərin yaxınları Surabayada qurulan axtarış mərkəzinə çağrılıb. Onlara bildirilib ki, İndoneziya prezidenti Coko Vidodo sərnişinlərin yaxınları ilə görüşəcək.
Qeyd edək ki, "Airbus A320-200" tipli təyyarə İndoneziyanın Surabaya adasından Sinqapura gedərkən radarlardan itmişdi. Təyyarənin pilotu son dəfə pis hava səbəbindən istiqamətin dəyişməsi üçün icazə istəyib. Təyyarədə 7 ekipaj üzvü, 137 yetkin, 17 uşaq və bir də körpə olduğu məlum olub. Onların böyük bir qismi İndoneziya vətəndaşıdır. Sərnişinlər arasında bir İngiltərə, bir Malayziya, bir Sinqapur və üç Cənubi Koreya vətəndaşının da olduğu bildirilir.
Teqlər: