Rusiyada azərbaycanlılara 100 il həbs

Rusiyada azərbaycanlılara 100 il həbs
  30 Dekabr 2014    Oxunub:1898
Novosibirskdə 9 Azərbaycan vətəndaşından ibarət cinayətkar qrup üzvlərinə hökm oxunub.
Virtualaz.org Rusiya mənbələrinə istinadən bildirir ki, qrup insan həyatına sui-qəsd, insan oğurluğu və şantajla məşğul olub.

Müəyyən olunub ki, 2010-cu ildə 3 azərbaycanlı öz həmvətənlərini toplayaraq mütəşəkkil cinayətkar qrup yaradıb. Onların qurbanları sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxşı maddi gəlir əldə edən həmvətənləri olub.

Başqa sözlə, Süleyman Qapçıyev, Mamed Qapçıyev, Azil Andamov, Azər Əsədov, Sərdar Carçiyev, Misir Rüstəmov, Ələsgər Əsgərov, Elxan Xobolov və Emil Əhmədov 2010-cu ilin mayından 2011-ci ilin oktyabrına qədər öz həmvətənlərindən pul tələb edib, sahibkarları girov götürüblər.

Məhkəmə qrupun üzvlərini 2 nəfərin oğurlanmasında, 5 şantajda, 5 nəfərin həyatına sui-qəsddə, insanların sağlamlığına ağır ziyan vurmaqda, eləcə də silah və sursatın qanunsuz saxlanma və daşınmasında ittiham edib.

Banda üzvlərinə törətdikləri əməllərin ağırlığından və sayından asılı olaraq 15 ildən 7 ilə qədər ciddi rejimli islah koloniyasında cəza müəyyən edilib.

Bundan başqa, onların hər birinə böyük məbləğdə cərimə tətbiq olunub, cərimənin ümumi məbləği 4 750 000 rubldan ibarətdir (63 min 175 manat).


Teqlər:





Xəbər lenti