“Oynağan” yol polisinin aqibəti necə olacaq?

“Oynağan” yol polisinin aqibəti necə olacaq?
  30 Dekabr 2014    Oxunub:1823
Rusiya Dövlət Duması “rəqs edən” yol polisinin cəzalandırılmamasını istəyib.
Rusiya Dövlət Dumasının deputatı Yaroslav Nailov Moskva polisinin rəhbəri Anatoliy Yakuninə “rəqs edən” yol polisinin cəzalandırılmaması ilə bağlı müraciət edib. Bu barədə AzVision.az rus mətbuatına istinadla xəbər verir.

Məktubda Nailov yol polisi işçilərinin iş şəraitinin çətinliyinə diqqət çəkib.

“İstənilən havada- qar, çovğun demədən, üstəlik avtomobillərin buraxdığı zəhərli qazı ciyərlərinə çəkərək gecə gündüz işləyirlər, bununla da həm də sağlamlıqlarını riskə atmış olurlar.

Görünür video çarxın qəhrəmanı çox sevincli olub və emosiyalarını ətrafdakılardan gizlətməkdən çəkinməyib... Bu sadəcə bir enerji püskürməsidir. Nəticədə heç bir kobudluq, xuliqanlıq olmayıb, bir –iki ritmik hərəkət vəssalam.

Qarşıdan gələn bayramları da nəzərə alaraq ona qarşı hər hansı inzibati tədbir görməməyinizi xahiş edirəm. Əminəm ki, o, artıq özü üçün bir nəticə çıxarıb” –deyə deputat xahiş edib.



S. Həsənova


Teqlər:





Xəbər lenti