Dəhşət: İŞİD 116 üzvünü edam etdi

Dəhşət: İŞİD 116 üzvünü edam etdi
  29 Dekabr 2014    Oxunub:2321
“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlıları onlara qoşulan 116 xarici vətəndaşı edam edib.
Bu barədə AzVision.az “The Daily Mail”-ə istinadən xəbər verir.

Qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatın məlumatına görə, edam edilən şəxslər İŞİD-ə qoşulub və onun tərkibində yarım il ərzində vuruşublar. Lakin onlar İŞİD-dan çıxmaq istəyərkən islamçılar tərəfindən tutulub və edam olunub.

Britaniya hüququ mühafizə orqanlarının məlumatına görə, son 6 ay ərzində İŞİD Suriya ərazisində 1878 nəfər barədə edam qərarı verib. Edam olunan şəxslərdən əsir götürülən 502 Suriya əsgəridir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti