İlin ən çox yüklənən filmləri – SİYAHI

İlin ən çox yüklənən filmləri – SİYAHI
  29 Dekabr 2014    Oxunub:3042
Baş rolda Leonardo Di Kaprio oynadığı Martin Skorsezinin “Uoll-Strit canavarı” filmi 2014-cü ilin yekunlarına görə, torrent-treker vasitəsilə ən çox yüklənən film olub.
Bu barədə AzVision.az “Varity”yə istinadən xəbər verir.

Məlumata əsasən hesabat dövrü ərzində bu filmi qeyri-qanuni olaraq 30 milyondan çox istifadəçi yükləyib.

Siyahıda ikinci və üçüncü yerləri isə “Soyuq əllər” animasiya filmi və 2Robokob” fantastik boeviki tutub. Bu filmlər müvafiq olaraq 29,9 milyon və 29,8 milyon istifadəçi tərəfindən yüklənilib.

Ən çox yüklənən filmlərin siyahısı:

1. “Uolt-strit canavarı” – 30 milyon
2. “Soyuq əllər” – 29,9 milyon
3. “Robokop” – 29,8 milyon
4. “Cazibə qüvvəsi” – 29,3 milyon
5. “Hobbit” - 27 milyon
6. “Tor 2: “Qaranlıq şahlığı” – 25,7 milyon
7. “İlk qisasçı: Başqa döyüşçü” – 25,6 milyon
8. “Herakl: Əfsanənin başlanması” – 25,1 milyon
9. “İks adamlar: Gələcəyin keçmiş günləri” – 24 milyon
10. “12 il qul” – 23 milyon

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti