Ebola Afrikanı qırır - 7693 nəfər ölüb

Ebola Afrikanı qırır - 7693 nəfər ölüb
  27 Dekabr 2014    Oxunub:2272
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 7693 nəfəri keçib.
AzVision.az- xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Qeyd edilib ki, ümumilikdə bu xəstəliyə 19 695 nəfər yoluxub.

Virusun əsas yayılma ocağı yenə də Liberiyadır. Bu ölkədə 8291 nəfər virusa yoluxub, 3384 nəfər isə həlak olub. Virus həmçinin Sierra-Leon və Qvineyada da geniş yayılıb. Bu ölkələrdə müvafiq olaraq 2630 və 1654 nəfər bu təhlükəli virusdan həlak olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti