Avropadan Türkiyəyə 1, 9 milyard avro yardım

Avropadan Türkiyəyə 1, 9 milyard avro yardım
  27 Dekabr 2014    Oxunub:2607
Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizədlərə yardım məqsədilı həyata keçirilən proqram çərçivəsində qurum Türkiyəyə 1,9 milyard avro ayırıb.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Aİ işləri naziri Volkan Bozkır deyib.

Aİ islahatlar və dövlət proqramların həyata keçirilməsi üçün namizəd və potensial namizədlərə maliyyə yardımı edir.

Daha əvvəl Türkiyəli rəsmilər Aİ-yə üzvlüyün ölkənin əsas strateji hədəfi olduğunu və məqsədlə islahatların aparılması prosesinin davam etdiriləcəyini bildiriblər.

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti