Pakistanda Xocalı və Kəşmir soyqrımları müzakirə olunub

Pakistanda Xocalı və Kəşmir soyqrımları müzakirə olunub
  10 Dekabr 2014    Oxunub:1686
Ötən gün İslamabadda Pakistan Azərbaycan Media Forumu çərçivəsində Xocalı və Kəşmir soyqrımlarının müzakirə olunduğu “365 gün İnsan Haqları”adlı seminar keçirilib.

Tədbirdə Kəşmirin keçmiş federal naziri, general-leytenant Faiz Əli Çişti də iştirak edib. O, qeyd edib ki, insan hüquqlarına zidd hərəkətlərin bariz nümunəsi kimi Hindistan ordusunun Kəşmirdəki müsəlmanlara qarşı tətbiq etdikləri zorakılığı göstərmək olar. 1990-cı ildən insanların oğurlanması, müsəlman qadınların zorlanması və döyülməsi halları davam edir: “Axı Hindistan bunları nə üçün edir? Bunun üçün onun çox səbəbləri var. İlk növbədə onlar bölgədə aparılan seçki kampaniyalarına qarşı çıxmağa çalışırlar. İkinci tərəfdən, hindistanlılar müsəlman tərəfində çoxluğa nail olmaq istəyirlər. Üçüncü tərəfdən, bunun səbəbi ABŞ prezidentinin Hindistana gözlənilən səfərinə qədər Pakistanı təqsirkar kimi qələmə verməkdir. 1989-cu ildən bu günə qədər 50.000, bəzi mənbələrə görə 100 000 Kəşmir əhalisi davam edən münaqişə zəmnində qətlə yetirilib. İnsan Haqlarına dair Dövlət Komissiyası 2730 adsız qəbir aşkar edib. Qətlə yetirilən insanların cəsədlərinin hissələri ilə Kəşmir boyu hər qarışda rastlamaq mümkündür. Bu cür repressiv və qəddarca törədilən zorakılıqlara baxmayaraq, bu günə qədər Hindistanın qarşısını almaq mümkün olmayıb”.

Daha sonra Pakistan-Azərbaycan Media Forumunun Pakistan tərəfinin rəhbəri Cavid Əli Bhatti sözü Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyıətli səfiri cənab Daşqın Şikarova verib. Səfir isə öz növbəsində Xocalı soyqrımında dinc əhaliyə amansız işgəncələr verən erməni separatçılarından danışıb: “Xocalı şəhərinin işğalı olduqca faciəvi tarixi bir hadisədir. Dağlıq Qarabağ münaqişəsinə qədər Xocalıda 7000 əhali yaşayırdı. 1991-ci ilin oktyabr ayından etibarən həmin şəhər erməni separatçıları ilə dolu idi. 25-26 fevral 1992-ci il tarixindən etibarən Xocalı şəhərinə hər tərəfdən hücum etməyə başladılar. Həmin əməliyyatda Keçmiş Sovet İttifaqının ordusu da iştirak edirdi. Bir neçə saatdan sonra 613 nəfər qətlə yetirilmişdi. Onlardan 106-sı qadın, 83-ü isə uşaqlar idi. 53 nəfər ağılasığmaz işgəncələrlə qətlə yetirilmişdi. 8 ailə tamamilə məhv edilmişdi. 25 ata-anasını itirmiş, 103 uşaq isə mütləq bir valideyinini itirmişdi. Minlərlə dinc əhali yaralanmış və əsir götürülmüşdü. Onlardan bir çoxu indiyə qədər itgin düşüb. BMT-nin Təhlükəsizlik Şurası bütün bunları nəzərə alaraq, ermənilərə qarşı 4 qətnamə qəbul edib. Qətnamələrə əsasən erməni separatçıları dərhal Azərbaycanın işğal edilmiş torpaqlarını zad etməlidirlər. Amma bu günə qədər onların heç biri icra edilməyib”.

Daha sonra tədbiri Pakistanın eks XİN başçısı, senator Əkrəm Zəki davam etdirib. O da insan haqlarının qorunması baxımından bu cür seminarların keçirilməsinin önəmli olduğunu vurğulayıb.

Tədbirin sonunda Xocalı və Kəşmir soyqrımlarında həlak olan bütün müsəlmanların xatirəsi anılıb.

Qeyd edək ki, Pakistan-Azərbaycan Media Forumu çərçivəsində həmin tədbir Pakistanın bir çox nəşrlərində - “National Herald Tribune”, “Statestimes” qəzetlərində, həmçinin, “One Pakistan” informasiya agentliyində işıqlandırılıb.




Teqlər:





Xəbər lenti