`Milli Talış Televiziyası` haradan yayımlanacaq?

`Milli Talış Televiziyası` haradan yayımlanacaq?
  01 Dekabr 2014    Oxunub:6262
Bu gün mediada yayılan məlumatlara görə, noyabrın 29-dan etibarən Ermənistan ərazisində “Milli Talış Televiziyası” adlandırılan telekanalın yayımına başlanılıb.

Məlumatlarda o da qeyd olunur ki, öz studiyaları və talış dilini bilən 10 nəfərlik Redaksiya Heyəti olan kanal əsas məramının talış kimliyinin, mədəniyyətinin və adət-ənənələrinin qorunması olduğunu bəyan edir.

Həmin televiziyanın Zabil Madoj adlı aparıcısı “Azadİnform”a açıqlamasında bununla razılaşmayıb: “Kim deyir ki, Ermənistanda yayımlanır? Youtube Afrikadan da yayımlana bilər. Mən Rusiya vətəndaşı olan Talış əsilliyəm və bu kanalı Rusiyada əmələ gətiririk, vəssalam”.

Z.Madoj deyib ki, hazırda tərcümə işi ilə məşğuldur: “Mən Rusiya hökumətinə müraciət etmək hüququna malik olduğumdan bu barədə V.Putinə rəsmi müraciət etmişəm”.

Qeyd edək ki, Z.Madoj Lənkəranda anadan olub, Bakı Dövlət Universitetini (BDU) bitirib. O hazırda Rusiya vətəndaşıdır, Sankt - Peterburqda yaşayır. Onun cavabındakı kinayə isə bundan xəbər verir ki, yayılan xəbərlər həqiqətə daha yaxındır.


Teqlər:





Xəbər lenti