Zakir Qaralov vətəndaşlarla görüşəcək

Zakir Qaralov vətəndaşlarla görüşəcək
  01 Dekabr 2014    Oxunub:1057
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 5-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:





Xəbər lenti