“Gördüyümüz mənzərələr ürəkaçan olmur” - Ramiz Həsənov

“Gördüyümüz mənzərələr ürəkaçan olmur” - Ramiz Həsənov
  01 Dekabr 2014    Oxunub:1555
“Azərbaycanda istehsal olunmuş və idxal olunan məhsulların keyfiyyətli, normativ sənədlərin tələblərinə uyğun olması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədri qeyd edib ki, bəzən qarşılaşdığımız mənzərələr heç də ürəkaçan olmur.

“Bu sahədə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Onlar malı, məhsulu keyfiyyətinə əmin olduqdan sonra almalıdırlar. Vətəndaşlar saxta, keyfiyyətsiz malla rastlaşanda bizə müraciət etməlidirlər. Komitə əməkdaşları bütün hallarda vətəndaşların qarşılaşdığı narazılıqlara operativ reaksiya verir, qanuna uyğun tədbirlər həyata keçirir.

Azərbaycanda istehsal olunmuş və idxal olunan məhsulların keyfiyyətli, normativ sənədlərin tələblərinə uyğun olması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Dövlət nəzarətini həyata keçirən əməkdaşlarımız hər ay onlarla gizli fəaliyyət göstərən sex, müəssisə aşkar edir, bu işlə məşğul olan təsərrüfat subyektlərini ifşa edir, qanunvericiliyə uyğun olaraq inzibati sanksiyalar tətbiq edir. Bu haqda mətbuatda məlumatlar verilir. Dövlət nəzarəti bizim gündəlik işimizdir. Həyata keçirilən tədbirlərə baxmayaraq, təəssüf hissi ilə qeyd etməliyəm ki, hələ də öz mənfəətini hər şeydən üstün tutan, insanların həyat və sağlamlıqlarına gözardı yanaşan “sahibkarlar” da az deyil”-deyə R.Həsənov vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti