Ramil Usubov Sumqayıtda tapşırıqlar verdi

Ramil Usubov Sumqayıtda tapşırıqlar verdi
  29 Noyabr 2014    Oxunub:1302
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Sumqayıt şəhərində növbəti qəbul keçirib.
Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan sakinlərini, eyni zamanda, Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri onların arasından xidmətə yararlı olan gənclərin, o cümlədən 2 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

AzVision.az


Teqlər:





Xəbər lenti