Bu gün hava küləkli olacaq

Bu gün hava küləkli olacaq
  29 Noyabr 2014    Oxunub:1031
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında noyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam çiskinli az yağıntı olacağı gözlənilir.
Gündüz mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 29-da havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti