`Qaraçuxur`u xarici kəşfiyyat yandırıb - Deputat

`Qaraçuxur`u xarici kəşfiyyat yandırıb - Deputat
  28 Noyabr 2014    Oxunub:3069
`Qaraçuxur məscidinin yandırılması faktı ilk baxışdan araşdırıldığında açıqca təxribat olduğu sezilir. Görünür hansısa xarici qüvvələrin əli ilə Azərbaycanda ən həssas sahələrə yönələn planlı davranışlar bundan sonra daha tez-tez müşahidə olunacaq`.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib. Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirən deputat əmin edib ki, hüquq-mühafizə orqanları məsələni son dərəcədə ciddiyyətlə araşdıracaq.

`Ümumiyyətlə, hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz. Bu, birbaşa hansısa xarici ölkənin kəşfiyyat qurumlarının ölkəmizə yönəlik xəbərdarlıq aksiyasıdır. Bu hadisəni nəzərə alaraq iri məscidlərin çevrəsində kameraların quraşdırlması, bu olmadıqda isə mütləq polis postlarının qoyulması vacibdir. Həssas bir beynəlxalq şəraitdə yaşayırıq və bütün ölkə vətəndaşları təxribatlara qarşı diqqətli olmalıdırlar`-deyə F.Mustafa qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti