Putin məşhurluğunu itirir
2014-cü ilin avqustunda prezidentin populyarlığı pik həddə çatmışdı, lakin hazırda o populyarlıq düşmək üzrədir. Bu faktı “Levada-mərkəz”in açıqladığı nəticələr göstərir.
Mənbə bildirib ki, avqust ayında rəyi soruşulanların 57%-i Putinə səs verməyə hazır idisə, sentyabrda bu göstərici 49%-ə enib. Seçimini etməyən və səsvermədə iştirak etməyəcəklərini açıqlayan respondentlər çıxmaq şərti ilə rəyi soruşulan şəxslərin 83% Putinə səs verməyə hazırdır. Ötən ay bu göstərici 87%, apreldə - 81%, yanvarda isə 66% olub.
Məlumata əsasən sorğu 26-29 sentyabr tarixlərində 134 yaşayış məntəqəsində 1630 nəfər arasında keçirilib.
Eldar Tanrıverdiyev