TRT-dən Azərbaycana hörmətsizlik - Video

TRT-dən Azərbaycana hörmətsizlik - Video
  09 Sentyabr 2014    Oxunub:2663
Türkiyənin TRT kanalı Ermənistanın paytaxtı İrəvandan “mədəni əlaqələrin böyüklüyünü əks etdirən” süjet hazırlayıb.
Kanalbaku-nun təqdim etdiyi süjetdən də görünür ki, İrəvanda oxunan “milli musiqi”nin qədim Azərbaycan havası olmasına rəqmən, aparıcı bu mövzuya ümumiyyətlə toxunmur. Geyimindən tutmuş əllərində tutduqları alətlərə qədər büsbütün oğurluq olan bu “mədəniyyətdən” ağız dolusu danışan aparıcı İrəvandakı Göy Məscidi tanıdarkən bu məscidin kimlər tərəfindən tikildiyini, kimlərin yüz illərlə burada ibadət etdiyi də xatırlatmır. Sadəcə, onu deyir ki, bu məsciddə “İrandan gələnlər ibadət edir”. Halbuki elə ötən gün Göy Məsciddə namaz qılmaq üçün Türkiyə müsəlmanlarının etdiyi müraciətə İrəvan rədd cavabı vermişdi.

Bazarda belə erməni satıcı Azərbaycan meyvələrinin adını çəkib, onların azərbaycanca adlarını desə də, aparıcı bu “mədəniyyəti” yaxından tanımamalarından təəssüflə danışmaqda davam edir.




Teqlər:





Xəbər lenti