Ukraynada 3 min nəfər öldürülüb

Ukraynada 3 min nəfər öldürülüb
  08 Sentyabr 2014    Oxunub:2025
Ukraynanın şərqində silahlı münaqişə başlayandan 3 min adam öldürülüb.
AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeyd ben Raad əl-Huseyn bildirib.

BMT-nin Ali Komissarı ölənlərdən neçəsinin mülkü vətəndaş olması barədə məlumat verməyib. O, həmçinin Ukrayna hökuməti və separatçıları münaqişə zonasında mülkü əhalinin qorunması üçün tədbirlər görməyə çağırıb.

“Reuters” agentliyinin məlumatına görə, BMT-nin elan etdiyi rəqəmlərə Donbass regionunda qəzaya uğrayan Malayziya təyyarəsinin sərnişinləri də var.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti