İŞİD hücuma keçdi: 10 ölü 30 yaralı

İŞİD hücuma keçdi: 10 ölü 30 yaralı
  08 Sentyabr 2014    Oxunub:2118
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları İraqın mərkəzində yerləşən Duluyə şəhərində iki terror aktı törədib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Terror aktları nəticəsində 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İŞİD yaraqlıları bir müddət öncə şəhərə hücum etsə də, yerli əhalinin göstərdiyi güclü müqavimət nəticəsində geri çəkilməyə məcbur olub. Hazırda İŞİD yaraqlıları ikinci dəfə şəhərə hücum edirlər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti