ABŞ və Ukrayna Rusiyaya qarşı

ABŞ və Ukrayna Rusiyaya qarşı
  08 Sentyabr 2014    Oxunub:1686
Qara dənizdə şimal –qərb hissəsində Ukrayna-ABŞ hərbi təlimləri “Sea Breeze-2014” başlayıb.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, təlimlərdə ABŞ və Ukrayna ilə yanaşı, İspaniya, Kanada, Rumıniya və Türkiyə hərbçiləri də iştirak edəcək.

Təlimlərdə Ukrayna tərəfdən 12 hərbi gəminin iştirak edəcəyi gözlənilir. Bundan əlavə təlimlərə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin təyyarə və helikopterləri də cəlb olunacaq.
Gürcüstan, Norveç, İsveç və Fransa hərbçiləri isə müşahidəçilər qismində təlimlərdə iştirak edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti