Poroşenko Merkellə son vəziyyəti müzakirə etdi

Poroşenko Merkellə son vəziyyəti müzakirə etdi
  08 Sentyabr 2014    Oxunub:1354
Ukrayna prezidenti Pyotr Poroşenko Almaniya kansleri ilə telefon danışığı zamanı Donbass regionundakı son vəziyyəti və NATO-nun Uelsdə keçirilən sammitinin nəticələrini müzakirə edib.
Bu barədə AzVision.az “UNİAN”-na istinadən xəbər verir.

“Siyasətçilər atəşkəs olunduqdan sonra Donbass regionunda vəziyyətin inkişafi və beynəlxalq birliyin birgə atacağı addımlara dair fikir mübadiləsi aparıb” –deyə, Ukrayna Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.

Telefon danışığı zamanı Poroşenko sülh razılaşmasının bütün müddəalarına əməl olunmasının və ATƏT tərəfindən vəziyyətin qiymətləndirilməsinə dair monitorinqin aparılmasının vacibliyini vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti