Xamneyi əməliyyat olundu

Xamneyi əməliyyat olundu
  08 Sentyabr 2014    Oxunub:1828
İran həkimləri ölkənin dini lideri Əli Xamneyi üzərində uğurlu əməliyyat keçirib.
Bu barədə AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən bazar ertəsi səhər saatlarında Xamneyi prostat vəzində əməliyyat olunmaq məqsədilə paytaxt Tehranda yerləşən ictimai klinikalardan birinə gəlib.

“Bu barədə narahat olmağa dəyməz” – deyə, Xamneyi əməliyyatdan əvvəl bildirib.

Xəstəxanadan olan mənbələr Xamneyi üzərində aparılan əməliyyatın uğurlu keçdiyini bildirib.

Əli Xamneyinin 75 yaşı var və o, 25 ildir ki, İrana rəhbərlik edir. 1981-1989-cu illərdə ölkə prezidenti səlahiyyətlərini icra edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti