Obama Ebolaya qarşı hərbçilər göndərir

Obama Ebolaya qarşı hərbçilər göndərir
  08 Sentyabr 2014    Oxunub:1267
ABŞ qərbi Afrikada tüğyan edən Ebola virusu ilə mübarizə aparmaq üçün Silahlı Qüvvələrdən istifadə etməyə qərar verib.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama “NBC News” telekanalına müsahibəsində bildirib.

“Əgər indi lazımı tədbirlər görülməsə, virus nəyinki, bütün Afrika ərazisində, hətta dünyanın digər yerlərində də yayılacaq. Bundan başqa virusun mutasiyaya uğrayaraq insandan insana daha asan yolla keçməsi ehtimalı da var. Bu halda isə o ABŞ üçün də ciddi təhlükə yaradacaq” –deyə Obama bildirib.

Onun sözlərinə görə, hərbçilər qısa müddətə Afrikaya göndəriləcək. Onlar burada izolyatorların təşkil olunmasını və burada avadanlıqların quraşdırılmasını həyata keçirəcəklər.

Qərbi Afrikada yayılan Ebola virusu ilə bağlı Dünya Səhiyyə Təşkilatı yeni məlumat yayıb.

AzVision.az xəbər verir ki, təşkilatın yaydığı məlumata əsasən, Ebola virusundan ölənlərin sayı 2097-ni keçib.

Ölənlərin 40%-i son üç həftədə qeydə alınıb. Ümumilikdə isə, bu virusa 3944 nəfər yoluxub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti