Ukraynada atəşkəs yenidən pozuldu

Ukraynada atəşkəs yenidən pozuldu
  07 Sentyabr 2014    Oxunub:1301
Ukraynanın şərqində atəşkəs yenidən pozulub.
Rusiyapərəst yaraqlıların Mariupol şəhərinə atdığı atəş nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Ukrayna mediasının verdiyi məlumata görə, həmin şəxslər avtomobildə olarkən artilleriya atəşi altına düşüblər.

Separatçılar da öz növbəsində hökümət qüvvələrini atəşkəsin pozmaqda ittiham ediblər.

BBC-nin verdiyi məlumata görə, bu gün Donetsk ətrafında da atə.kəs pozulub. Separatçılar hökümət qüvvələrinin nəzarətində olan hava limanına hücum ediblər.

Qeyd edək ki, sentyabrın 5-də Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalanıb.(ans)


Teqlər:





Xəbər lenti