Azərbaycanlı milyarderin bazarında atışma: 4 yaralı
Şahidlərin bildirdiyinə görə qarşıdurmada 200-dən çox adam iştirak edib. Onlar dəyənəklərlə və tapançalarla silahlanıb. Atışma səslərindən sonra bir nəfərin yerdə hərəkətsiz halda uzandığı, onun öldüyünün güman edildiyi bildirilir. İki avtomobil əzilib, bazarın mühafizəçiləri qarşıdurmanı dayandırmaq üçün qapıları bağlayıblar, lakin hasarın çöl tərəfindəki kütlə mühafizəçilərə daş və dəyənəklərlə hücum edib.
Qarşıdurmanı sakitləşdirmək üçün “Sadovod”a bir neçə polis naryadı göndərilib. Polisdən bildirildiyinə görə davanın qarşısı alınıb və 4 nəfər travmatik tapançadan açılan atəşlə xəsarət alıb. İnsidentdə park yeri üstündə mübahisənin səbəb olduğu bildirilir. “Sadovod” bazarında əvvəllər də bu cür kriminal hadisələr-kütləvi dava-dalaş, atışma, soyğunçuluq və s. hallar baş verib.
Teqlər: