Ermənistanda kütləvi etirazlar başlayır

Ermənistanda kütləvi etirazlar başlayır
  07 Sentyabr 2014    Oxunub:4218
Ermənistanda prezident Serj Sarkisyanın istefası tələbi ilə mitinq keçiriləcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın müxalifət lideri, sabiq prezidentliyə namizəd Paryur Ayrikyan sentyabrın 7-də prezident iqamətgahı qarşısında aclıq aksiyasına başlayacaq.

P. Ayrikyan və tərəfdarları həmçinin Sarkisyanın istefası tələbi ilə sentyabrın 8-də İrəvandakı Azadlıq meydanında mitinq keçirəcək. Etirazların əsas səbəbi Sarkisyan hakimiyyətinin xalqı uçuruma aparması, Ermənistanda hökm sürən kütləvi işsizlik və yoxsulluq hallarıdır.

Ayrikyananın sözlərinə görə, Sarkisyan istefa verməyənədək aclığı dayandırmayacaq.

Partiyanın yaydığı məlumatda qeyd edilib ki, Sarkisyanın səriştəsiz siyasəti nəticəsində Ermənistan günügündən uçuruma doğru gedir.

AzVision.az


Teqlər:  





Xəbər lenti