3 polis əməkdaşı güllələndi

3 polis əməkdaşı güllələndi
  06 Sentyabr 2014    Oxunub:1499
Türkiyənin paytaxtı Ankarada polislə oğrular arasında baş verən atışmada 4 nəfər yaralanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyvandan evə girməyə çalışan 3 oğru evdən iki ədəd sənədli silah, 2 mobil telefon və 90 türk lirəsi pul oğurlayıb. Səsi eşidən qonşular polisə xəbər verib və onlar da hadisə yerinə gəliblər.

Oğrular girdikləri evdən götürdükləri silahla polisə atəş açıb və polislərlə oğrular arasında atışma başlayıb. Nəticədə 3 polis və yeniyetmə yaşında olan oğru yaralanıb. Digər iki oğru isə hadisə yerindən qaçıb.

Yaralı polislərin səhhətinin ağır olduğu bildirlir.


Teqlər:





Xəbər lenti