90 milyon dollar hara xərclənəcək?

90 milyon dollar hara xərclənəcək?
  06 Sentyabr 2014    Oxunub:2118
ALS xəstələrinə dəstək üçün keçirilən “Buzlu su” kampaniyasından əldə olunan 90 milyon dollarlıq gəlirin hara xərclənəcəyi açıqlanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəlirin hamısı ALS-dən əziyyət çəkən xəstələrə sərf olunmayacaq. Belə ki, ALS birliyinin açıqlamasına görə, bu pulun 27%-i xəstəlik barədə araşdırma işlərinə xərclənəcək. 90 milyon dolların 7%-i ALS Birliyinin rəhbərlərinin maaşlarına, 14%-i xəstələrə və könüllülərə veriləcək.

Pulun 32%-i isə cəmiyyəti maarifləndirmək və xəstəlik barədə tədrisə sərf olunacaq.

Qeyd edək ki, bir müddətdir davam edən İceBucketChallange aksiyası mərkəzi sinir sistemi xəstəliyi olan ALS-ə diqqəti cəlb etmək üçün keçirilir. Aksiyanın şərtlərinə görə, iştirakçılar ya başından buzlu su tökməli, ya da xəstələr üçün 100 dollar pul ödəməlidirlər. Buzlu su tökənlər isə 100 əvəzinə, 10 dollar ödəməli olur. Kampaniyaya dəvət üçün yayılan mətndə toplanacaq pulun xəstələr üçün xərclənəcəyi qeyd olunmuşdu. Amma onun bir qisminin ALS birliyi rəhbərlərinin maaşlarına əvəz olunması etirazlara səbəb olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti