Rusiya Arktikada hərbi baza yaradır

Rusiya Arktikada hərbi baza yaradır
  06 Sentyabr 2014    Oxunub:2017
Rusiyanın Müdafiə Nazirliyi Şimal Donanması üçün Arktikada, Novosibirsk adalarında daimi baza yaradacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə “İnterfax” agentliyinə Şimal Donanmasının komandanı Vladimir Korolyev bildirib.

Korolyevin sözlərinə görə, Şimal dənizindən Novosibirsk adalarına gəmilər yollanıb: “Şimal Donanmasının Arktikaya növbəti səfərinin əsas məqsədi şəxsi heyət, texnika və taktiki qrupunun Novosibirsk adalarına çatdırmaqdır. Bu ildən etibarən hərbçilər daimi əsasda Arktikada xidmət aparacaq”

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti