ABŞ İŞİD yenə vurdu

ABŞ İŞİD yenə vurdu
  06 Sentyabr 2014    Oxunub:1359
ABŞ İraqın şimalında fəaliyyət göstərən İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının mövqelərinə növbəti aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Aviazərbələr nəticəsində İŞİD-ın müşahidə postu, bir “Hummer”, silahla təchiz olunan avtomobil, bir yük maşını və üç minaatan məhv edilib. Daha sonra bütün hərbi təyyarələr ərazini tərk edib”- deyə, Pentaqonun yaydığı məlumatda bildirilir.

Ümumilikdə, ABŞ ordusu son iki gün ərzində İŞİD mövqelərinə dörd dəfə aviazərbələr endirib.

ABŞ bu ilin avqustundan etibarən İŞİD-ə qarşı hərbi əməliyyat keçirir. Əməliyyatın məqsədi İraqdakı ABŞ diplomatları və dini azlıqların yaraqlıların hücumundan qorumaqdır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti