Ukrayna ərazi bütövlüyünü qoruyacaq – Poroşenkodan mesaj
“Donbass vilayətinin bütün sakinləri sülh istəyir. Mən öz ölkəm üçün mübarizə aparmağa hazıram. Mən əminəm ki, Ukrayna əhalisinin böyük əksəriyyəti də bu fikirdədir. Ərazi bütövlüyü və Ukraynanın müstəqilliyi olduğu kimi qalacaq” –deyə, Poroşenko bildirib.
Qeyd edək ki, ötən gün Minskdə "Prezident-otel"in binasında Ukraynanın şərqində vəziyyətin nizama salınması üzrə üçtərəfli əlaqə qrupunun (Ukrayna-ATƏT-Rusiya) növbəti iclası keçirilib. Görüşdə Ukrayna tərəfini keçmiş prezident Leonid Kuçma, Rusiya Federasiyasını - Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov təmsil ediblər. İclasda həmçinin qondarma respublikaların nümayəndələri İqor Plotnitski və Aleksandr Zaxarçenko iştirak edirlər. Görüşün sonunda tərəflər Ukraynanın şərində atəşkəsin elan olunması ilə bağlı sənəd imzalayıb.
Eldar Tanrıverdiyev