NATO-dan Rusiya ilə bağlı kritik qərar

NATO-dan Rusiya ilə bağlı kritik qərar
  05 Sentyabr 2014    Oxunub:3024
NATO-nun bu gün keçirilən zirvə toplantısında Ukraynadakı böhranla bağlı kritik qərar qəbul olunub.
AzVision.az xəbər verir ki, NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Rusiyanın Ukraynanı təhdid etməsinə görə, zirvə toplantısında erkən müdaxilə qüvvəsi yaratmaq qərarı verilib.

Qərara əsasən, 5 min nəfərdən ibarət hərbçi və dəniz birlikləri formalaşdırlılacaq. Bu birliklər ehtiyac olduğu təqdirdə bir neçə gün içərisində döyüşə hazır vəziyyətə gətiriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti