Ərdoğan NATO-da Qarabağdan danışdı

Ərdoğan NATO-da Qarabağdan danışdı
  05 Sentyabr 2014    Oxunub:1848
Sentyabrın 4-dən Uelsin Nyuport şəhərində NATO-nun sammiti öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, sammitdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.

Türkiyənin dövlət başçısı çıxışında Suriya, İraq məsələləri ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bildirib ki, NATO Azərbaycana verdiyi sözü yerinə yetirməlidir:

“NATO Azərbaycana verdiyi vədləri yerinə yetirilməlidir. Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”,-deyə Ərdoğan qeyd edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti