Polis əməliyyat keçirdi: 19 vəhabi həbs edildi

Polis əməliyyat keçirdi: 19 vəhabi həbs edildi
  05 Sentyabr 2014    Oxunub:3065
Türkiyənin Qaziantep şəhərində İraq və Şam İslam Dövləti (İŞİD) təşkilatının 19 üzvü xüsusi xidmət oraqanları tərəfindən saxlanılıb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Vilayətin qubernatoru Erdal Atanın sözlərinə görə, Avropa ölkələri və Qafqazdan olan yaraqlılar Qaziantep hava limanı və Suriya ilə sərhəddə saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti