Ərdoğan Obamadan Fətullah Güləni istəyir

Ərdoğan Obamadan Fətullah Güləni istəyir
  05 Sentyabr 2014    Oxunub:1329
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşündə dini xadim Fəthullah Gülənin geri qaytarılmasını tələb edəcək.
AzVision.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, Obamadan Güləni ölkədən deportasiya edilməsini ya da Türkiyəyə geri verilməsini xahiş edəcək.

Paralel dövlət`lə bağlı Obamaya nə deyəcəksiniz? sualına Ərdoğan belə cavab verib:

"Hər şey ortadadır. Bizə Türkiyənin əlində sənədi yoxdur, nə edəcəksiniz deyənlər var. Amma hər şey, dinləmələr, səs yazıları meydandadır. Bir ölkənin baş naziri, nazirləri dinlənildi. Bundan böyük sənəd var?`,-deyə Ərdoğan qeyd edib.

Sevinc



Teqlər:  





Xəbər lenti