Putin bizi aldada bilər – Rasmussen

Putin bizi aldada bilər – Rasmussen
  05 Sentyabr 2014    Oxunub:1699
NATO ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynanın cənub-şərqində döyüşlərin dayandırılması və atəşkəs elan olunması barədə planına ehtiyatla yanaşmalıdır.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Anders Foq Rasmussen bildirib.

“Biz daha öncə də buna bənzər bəyanatlar və təşəbbüslər eşitmişik. Lakin bu təşəbbüslərdən sonra Rusiya daima Ukraynanın şərqində vəziyyəti gərginləşdirməyə davam edib. Bu təcrübəyə əsaslanaraq, biz istənilən qiymətləndirmədə ehtiyyatlı olmağa məcburuq. Əgər biz münaqişənin siyasi yol ilə həll edilməsi təşəbbüsünü görsək bunu yalnız alqışlayarıq”, – deyə Rasmussen bildirib.

Qeyd edək ki, daha əvvəl NATO baş katibinın Putinin Ukrayna planını dəstəklədiyi vurğulanırdı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti