Rusiyadan etiraf: Ukraynada hərbçilərimiz var – VİDEO

Rusiyadan etiraf: Ukraynada hərbçilərimiz var – VİDEO
  05 Sentyabr 2014    Oxunub:1794
Rusiyanın Kostrom şəhərində Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edən hərbçi Anatoli Travkin dəfn olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə ötən gün Rusiyanın “Birinci” kanalında sujet efirə verilib.

Beləliklə, ruslar Ukraynanın şərqində hərbçilərinin olduğunu etiraf ediblər. Travkin bir ay əvvəl Ukraynanın şərqində gedən döyüşlərə qatılıb və orada həlak olub. Rəsmi olaraq, o məzuniyyət götürərək Ukraynaya gedib.

Bundan əlavə, Elektroqorsk şəhərində də rusiyalı hərbçi Serqey Jdanoviç də dəfn edilib. Jdanoviç may ayında, Donetsk hava limanı uğrunda gedən döyüşlərdə həlak olub.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti