Ukraynada atəşkəs olacaq

Ukraynada atəşkəs olacaq
  05 Sentyabr 2014    Oxunub:1278
Ukrayna prezidenti Petro Poroşenko Minsk görüşü təsdiqlənəcəyi halda sabah saat 14.00-da atəşin dayandırılması əmrini verəcək.
AzVision.az xəbər verir ki, bu haqda Reuters agentliyi xəbər verib.

Xəbərdə vurğulanır ki, Poroşenko cümə günü Minskdə imzalanması gözlənilən Ukraynada münaqişənin nizama salınması planını gözləyir.

"Minsk görüşü təsdiqlənəcəksə, Poroşenko cümə günü 14.00-dan atəşin dayandırılması əmrini verəcək", - xəbərdə deyilir.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko hazırda Uelsdə NATO-nun sammitində iştirak edir. (anspress)


Teqlər:





Xəbər lenti