İŞİD kəndi yandırdı, insanları oğurladı

İŞİD kəndi yandırdı, insanları oğurladı
  04 Sentyabr 2014    Oxunub:1788
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları İraqın şimalında onlarla insanı oğurlayıb.
Bu barədə AzVision.az “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.

Yerli polisin verdiyi məlumata görə, ötən gün İraq ordusu Kərkük vilayətində Tal-Əli kəndindən çıxara bilib. Lakin, bu gün islamçılar yenidəndən kəndə qayıdıb.

“İŞİD yaraqlıları kəndi yandırıb və onlarla kənd sakinin özləri ilə aparıb” – deyə, məlumatda bildirilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti