Ukraynada qanlı döyüşlər: 837 ölü

Ukraynada qanlı döyüşlər: 837 ölü
  04 Sentyabr 2014    Oxunub:1964
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (UMTMŞ) bəyan edib ki, Ukraynanın şərqində keçirilən hərbi əməliyyatlar başlayandan bəri 937 hərbçi öldürülüb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Ukraynanın şərqində hərbi əməliyyatların başladığı vaxtdan sentyabrın 4-dək 837 Ukrayna hərbçisi öldürülüb, 3044 nəfər isə yaralanıb” – deyə, qurumun rəhbəri Andrey Lısenko bildirib.

O, vurğulayıb ki, bu rəqəmlərdə Ukrayna ordusunun İlovaysk şəhərində verdiyi itkilər əks olunmayıb. Qeyri-rəsmi məlumatlara görə, Ukrayna ordusu İlovaysk şəhəri yaxınlığında gedən döyüşlərdə 200-ə yaxn hərbçisini itirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti