Dünya Ebolaya uduzur: 1900 ölü

Dünya Ebolaya uduzur: 1900 ölü
  04 Sentyabr 2014    Oxunub:1615
Qərbi Afrikada yayılan Ebola virusuyla bağlı Dünya Səhiyyə Təşkilatı yeni məlumat yayıb.
AzVision.az xəbər verir ki, təşkilatın yaydığı məlumata əsasən, Ebola virusundan ölənlərin sayı 1900-ü keçib. Ölənlərin 40%-i son üç həftədə qeydə alınıb.

Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu bildirir.

Syerre-Leone və Liberiyada virusa yoluxanların sayı artıq 3500-ü keçib.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebolayla mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Emin


Teqlər:





Xəbər lenti