İŞİD-ə qoşulanların sayı açıqlandı - SİYAHI

İŞİD-ə qoşulanların sayı açıqlandı - SİYAHI
  04 Sentyabr 2014    Oxunub:2918
İraq Şam İslam Dövlət (İŞİD) terror qruplaşmasında döyüşən silahlıların hansı ölkələrdən olduqları məlum olub.
AzVision.az xəbər verir ki, İngiltərənin “The Telegraph” qəzetinin verdiyi məlumata görə, İŞİD cəbhəsində Suriya və İraqda 70 ölkədən 11 mindən çox mücahid döyüşür.

Təkcə Avropa ölkələrindən İŞİD-ə qoşulanların sayının iki min olduğu bildirilir.

Türkiyədən 500 nəfər, Rusiyadan 423, Serbiyadan 350, Belçikadan 296, Albaniyadan 140, Kosovodan isə 150 mücahid İŞİD-ə qoşulub.

AFP agentliyinin məlumatına əsasən, müsəlman olmayan ölkələrdən İŞİD-ə qoşulanlar arasında Rusiya liderlik edir.

Rusiyanı 700 nəfərlə Fransa, 400 nəfərlə isə İngiltərə izləyir. Amerikadan isə İŞİD-ə qoşulanların sayının 70 olduğu bildirilir.

Emin Piri


Teqlər:  





Xəbər lenti