Rusiya Xəzərdə genişmiqyaslı təlimlərə başladı

Rusiya Xəzərdə genişmiqyaslı təlimlərə başladı
  04 Sentyabr 2014    Oxunub:1542
Rusiyanın cənubunda Hava Hücümündan Müdafiə qüvvələri, aviasiya və Xəzər Dəniz Donanmasının gəmilərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

“Cənub Hərbi Dairəsində keçirilən təlimlər zamanı şərti rəqibin qəfil aviasiya və raket hücumun qarşısının alınması məşq etdiriləcək. Bundan başqa hərbçilər ən müasir S-400 “Triumf” zenit-raket komplekslərindən də atəş açacaqlar” – deyə, məlumatda bildirilir.

Cənub Hərbi Dairəsinin rəisinin müavini general-leytinant Aleksandr Romançuk hərbi təlimlərə rəhbərlik edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti