“İŞİD-i cəhənnəmə qədər qovacağıq” - ABŞ-dan sərt təpki

“İŞİD-i cəhənnəmə qədər qovacağıq” - ABŞ-dan sərt təpki
  04 Sentyabr 2014    Oxunub:2014
ABŞ-ın vitse-prezidenti Co Bayden İraq Şam İslam Dövlətini (İŞİD) “cəhənnəmin qapıları”na qədər qovacaqlarını bəyan edib.

AzVision.az xəbər verir ki, o, amerikalı jurnalsiti öldürən İŞİD-çiləri nəzərdə tutaraq onların Amerika xalqının gözünü qorxuda bilməyəcəklərini vurğulayıb:

“Belə düşünürlərsə, deməli bizi yaxşı tanımırlar. Ölkəmiz birlik içərisindədir və biz hansısa düşmənin zənn etdiyindən daha güclüyük. Kimsə Amerikaya zərər vuranda geri çəkilmirik, unutmuruq. İŞİD-çilər bilməlidir ki, ədalət bərqərar olana qədər onları cəhənnəmin qapılarına qədər qovacağıq”.

Qeyd edək ki, İŞİD ötən gün amerikalı jurnalist Stiven Sotlofun edam edildiyi videonu yayımlamışdı. Bundan əvvəl isə ötən ay digər amerikalı jurnalist Ceyms Foleyin edam görüntüləri yayılmışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti