ABŞ Ukraynaya 280 hərbçi göndərir

ABŞ Ukraynaya 280 hərbçi göndərir
  04 Sentyabr 2014    Oxunub:2146
ABŞ hökuməti bu ay Ukraynaya 200 hərbçi göndərəcək.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Pentaqonun mətbuat katibi Stiven Uorrenin sözlərinə görə, ABŞ hərbçiləri 13-26 sentyabr tarixlərində Ukraynanın Yavrov şəhərində keçiriləcək təlimlərdə iştirak edəcək. Təlimlərdə ABŞ-la yanaşı digər dövlətlər də iştirak edəcək.

Bundan əlavə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) gələn həftə Qara dənizdə Ukrayna, Türkiyə, Gürcüstan və Rumıniya ilə birgə keçiriləcək “Dəniz brizi” təlimlərində də iştirak edəcək. ABŞ HDQ-nın rəsmisi Vanessa Hilmanının sözlərinə görə, bu təlimlərin əsas məqsədi regional təhlükəsizliyin gücləndirilməsi və tərəfdaşlar arasında qarşılıqlı əlaqələrin yaradılmasıdır. Təlimlərdə “Ross” estminitsi və 280-ə yaxın ABŞ dənizçisi iştirak edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti